...

Fevralın 7-nə olan krimxronika

Hadisə Materials 8 Fevral 2006 14:09 (UTC +04:00)

Fevralın 7-də daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 27 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti