...

Yol qəzası nəticəsində bir nəfər həlak olub, bir nəfərsə yaralanıb

Hadisə Materials 5 İyul 2006 13:11 (UTC +04:00)

İyulun 5-də səhər saat 06.30 radələrində Binə qəsəbəsi ərazisində yol qəza hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat-təşviqat şöbəsinni rəisi Vaqif Əsədovun Trend ə verdiyi məlumata görə, qəza ölümlə nəticələnib.

"Bakı şəhər sakini Paşa Orucovun idarə etdiyi "Mersedes" və İlham Aşurovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə İ.Aşurov hadisə yerində dünyasını dəyişib, xəsarət almış P.Orucov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır" - deyə V.Əsədov bildirib.

Faktla əlaqədar Əzizbəyov RPİ-də təhqiqat aparılır və qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti