Gürcü-Osetin münaqişə zonasında yeni insident baş verib - "Frans press" Agentliyinin Zaqafqaziya bürosunun rəhbəri Simon Ostrovski Gürcüstan hərbi polisi tərəfindən saxlanılıb.
O, Bakıdan Tsxinvaliyə gedirmiş və Gürcüstan hərbi polisi tərəfindən heç bir səbəb olmadan Erqnetti yaşayış məntəqəsi yaxınlığında, Tsxinvalinin 3 km-də saxlanılıb". Bu barədə İTAR-TASS-a Cənubi Osetiyanın informasiya və mətbuat komitəsinin başçısı İrina Qaqloyeva məlumat verib.
Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, "S.Ostrovskinin sənədləri və lazımi vizaları öz qaydasında olub".