...

Gədəbəy rayonunda yay düşərgəsində oğurluq baş verib

Hadisə Materials 14 Avqust 2006 11:12 (UTC +04:00)

Dünən axşam saat 10 radələrində Azərbaycan Gənclər və İdman Nazirliyinin Gədəbəy rayonunda təşkil etdikləri yay düşərgəsində oğurluq hadisəsi baş verib. Rayonun idman kompleksində 10 saylı otaqda nazirliyin şöbə müdiri Elşən Hüseynovun həyat yoldaşının çantasından 3500 AZN məbləğində pul oğurlanıb.

Zərərçəkən mətbuata hər hansı bir açıqlama verməkdən imtina etsə də, düşərgəyə dincəlməyə gələnlərdən birinin bildirdiyinə görə, axşam yeməyindən sonra E.Hüseynovun həyat yoldaşı aşağı düşərək, hamıya çantasından pulun oğurlandığını söyləyib. Hadisə yerinə çağırılan Gədəbəy rayon polis idarəsinin əməkdaşları bütün otaqlara baxış keçirsələr də, pulu tapa bilməyiblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti