...

N saylı hərbi hissənin əsgəri həlak olub

Hadisə Materials 3 Aprel 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Murovdağdakı N saylı hərbi hissənin əsgəri Salam Salmanov həlak olub. Müdafiə Nazirliyindən Trend ə verilən məlumata görə, Salmanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

1987-ci il təvəllüdlü Salmanov ötən ilin oktyabrında Qaradağ rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

Trend ə daxil olan məlumata görə, əsgər özünü hərbi hissə ərazisindəki qayalıqdan ataraq intihar edib. Respublika Hərbi Prokurorluğu isə faktı təsdiqləsə də, hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumatsız olduqlarını bildirib. Faktla bağlı Gəncə Şəhər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti