...

Türkiyədəki erməni tələbələr Xocalı soyqrımını pisləyiblər

Hadisə Materials 5 Aprel 2007 14:51 (UTC +04:00)
Türkiyədəki erməni tələbələr Xocalı soyqrımını pisləyiblər

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Türkiyənin Bilgi Universitetində dünyada baş verən soyqrımlarla bağlı beynəlxalq konfrans keçirilib. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Aran məlumat verib.

Onun sözlərinə görə, konfransda Xocalı soyqrımı da müzakirə olunub və qeyd edilib ki, ermənilər tərəfindən müxtəlif tarixlərdə türklərə qarşı soyqrım siyasəti həyata keçirilib. Toplantıda dünyanın bir çox ölkəsinin tələbələri ilə yanaşı erməni əsilli Türkiyə vətəndaşları da iştirak edib. Onlar da Xocalı soyqrımını pisləyib və faciəni törədənlərin cəzalandırılmasını tələb ediblər.

Baş konsul bildirib ki, tədbirdə Heydər Əliyev Fondu tərəfindən təqdim olunan Xocalı filmi nümayiş olunub. İstanbulun keçmiş baş prokuroru Vural Savaş isə ermənilərin soyqrıma məruz qalmasını yalanlayan məruzə ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti