...

Bakı-SDK avtomobil yolunda 19 yol nəqliyyat hadisəsi qeydə alınıb

Hadisə Materials 17 Aprel 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsinin altı rayonu ərazisindən keçən Bakı- SDK avtomobil yolunda bu ilin üç ayı ərzində 19 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə çərşənbə axşamı şimal rayonların polis bölmələrindən xəbər verilib.

Qəzalar nəticəsində beş rayondan (Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən) 12 nəfər dünyasını dəyişib, 50-dək insan müxtəlif bədən xəsarətləri ilə rayonların mərkəzi xəstəxanalarına gətirilib. Avtoqəzalar nəticəsində həlak olanlar əsasən sürücülərdir. Hadisələrin baş vermə səbəbi sürücülərin ehtiyatsızlığı və hava şəraiti ilə əlaqələndirilir.

Ötən ilin müvafiq dövründə Bakı- SDK yolunda baş vermiş 14 avtoqəza nəticəsitdə 12 nəfər həlak olub. Ümumilikldə, 2006-ci ildə bu avtomobil yolunda 108 avtoqəza baş verib, 78 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti