...

Azərbaycanın Bərdə rayonunda ağır yol qəzası baş verib

Hadisə Materials 26 Aprel 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Bərdə rayonunda bu gün ağır yol qəzası baş verib. Yevlax-Ağdam magistral yolunun 20-ci kilometrində Bərdənin Qaradağlı kəndi ərazisində 1960-cı il təvəllüdlü Bərdə sakini Əli Bayramovun idarə etdiyi VAZ 2103 markalı avtomobil ilə 1965-ci il təvəllüdlü Bərdə sakini Nadir Abdullayevin idarə etdiyi "Niva" markalı maşın toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və VAZ 2103 markalı avtomobildəki sərnişinlər Akif Əsədov və Cavid Əhmədov müxtəlif bədən xəsarəti alıblar.

Bərdə rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin baş həkimi Qəmbər Qəmbərov cümə axşamı bildirib ki, hər dörd xəstənin vəziyyəti orta ağırdır.

Bərdə rayon Dövlət Yol Polisinin rəisi Elçin Əliyev isə bildirib ki, ilkin rəyə əsasən hadisəyə səbəb avtomobillərin yüksək sürətlə hərəkət etməsi olub.

Xəbər lenti

Xəbər lenti