...

Dövlət Sərhəd Xidmətinin binasında yanğın olub

Hadisə Materials 30 Aprel 2007 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Dövlət Sərhəd Xidmətinin (DSX) binasının 2 və 3-cü mərtəbələrində aprelin 29-dan 30-na keçən gecə, saat 22 radələrində yanğın baş verib. DSX-dən bazar ertəsi bildirilib ki, yanğın zamanı 3 əsgər tüstüdən zəhərlənib. Onların Respublika Toksikoloji Mərkəzində yerləşdirildiyi və səhhətlərinin normal olduğu bildirilib.

Yanğının qarşısı qısa müddətdə alınıb. Binaya ciddi ziyan dəyməyib.

Hadisənin qısaqapanmadan baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti