...

Günəşli qəsəbəsi sakini yol qəzasında halak olub

Hadisə Materials 11 May 2007 17:18 (UTC +04:00)

Azərbaycan,Bakı, 11 may /Müx.Trendlife Vüqar Vüqarlı/Dünən paytaxtda üç yol- nəqliyyat hadisəsi qeydə alınıb. Onların ikisi piyada ilə bağlıdır. Piyadalardan biri yüngülcə qorxmaqla canını qurtara bilibsə, o birinin heç qorxmağa vaxtı olmayıb. Aldığı zədədən yerindəcə canını tapşırıb, həyatı ilə vidalaşıb. Trendlife-a DYP-nin növbətçi hissəsindən verilən məlumata görə, ölümlə nəticələnən şəxs Günəşli qəsəbəsi, general Şıxlinski küçəsinin sakinidir. Onu vuran avtomobilin markası "Jiquli 21011"-dir.

Xəbər lenti

Xəbər lenti