...

Lənkəran sakini özünü qatardan atıb

Hadisə Materials 19 İyul 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Astara-Bakı sərnişin qatarının sərnişini özünü hərəkətdə olan qatardan atıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı bildiriblər ki, hadisə Ələt Dəmir Yolu Stansiyasının ərazisində olub. Astara-Bakı sərnişin qatarının sərnişini, Lənkəran şəhər sakini Zöhrab Əhmədov özünü hərəkətdə olan qatarın pəncərəsindən atıb. Nəticədə Əhmədov ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti