...

Müdafiə Nazirliyinin mühafizə briqadasının keçmiş rəis müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşmək istəyir

Hadisə Materials 9 Avqust 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin mühafizə briqadasının keçmiş rəis müavininin ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edərək onunla görüşməsini xahiş edib. Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Birliyinin sədri, Rasim Muradovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Ələkbər Məmmədov Trend ə bildirib ki, BQXK-nin Bakı nümayəndəliyi zabitin ailəsinə hələlik müsbət cavab verməyib. Məmmədov bildirib ki, Azərbaycan İşgəncələr Əleyhinə Komitəyə də Muradovla görüşmək, onun saxlanma şəraiti ilə tanış olmaq məqsədilə müraciət olunub. Müdafiə Komitəsi polkovnik-leytenantın hüquqlarının beynəlxalq təşkilatlar vasitəsilə müdafiəsini təşkil etmək üçün yerli hüquq müdafiəçiləri ilə görüşlər planlaşdırır.

Muradovun vəkili Oqtay Əliyev isə Trend ə bildirib ki, hazırda başlanmış cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır. Vəkil Muradovun saxlanma şəraitindən şikayətçi olmadığını deyib.

İyulun 24-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Muradov barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti