...

Bərdədə toy məclisində 25 nəfər zəhərlənib

Hadisə Materials 7 Sentyabr 2007 02:28 (UTC +04:00)
Azərbaycan, Bərdə / Trend müx. Ş.Cəliloğlu/ Bərdə rayonunun Tumastlı kəndində keçirilən toy məclisində 25 nəfər zəhərlənib. Bərdə rayon mərkəzi xəstəxanasının uşaq poliklinikasına yerləşdirilən şəxslər əsasən 4-5 yaşlı uşaqlardır. Xəstəxananın reanimasiya şöbəsinin baş həkimi Elxan Hümbətovun verdiyi məlumata görə, onların dördü reanimasiya şöbəsinə, on bir nəfər isə toksikologiya şöbəsinə daxil olub. Bu şəxslər arasında agır vəziyyətdə olanlar yoxdur.13 zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra evlərinə buraxilib.

Hümbətov onu da qeyd edib ki, ilkin versiyaya əsasən zəhərlənməyyə səbəb toyda verilən mineral su və şirələr olub.

Xəbər lenti

Xəbər lenti