...

ABŞ-da delfinlərin kütləvi intiharı (FOTO)

Maraqlı Materials 18 Yanvar 2012 10:27 (UTC +04:00)
Son bir neçə gün ərzində 60-dan artıq delfin özünü ABŞ-ın Massaçusets ştatının Atlantik okeanı sahillərindəki çimərliklərə atıb.
ABŞ-da delfinlərin kütləvi intiharı (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Son bir neçə gün ərzində 60-dan artıq delfin özünü ABŞ-ın Massaçusets ştatının Atlantik okeanı sahillərindəki çimərliklərə atıb. Trend-in məlumatına görə, bu barədə yerli KİV məlumat verib.

Heyvanları Beynəlxalq Müdafiə Fondunun nümayəndəsinin sözlərinə görə, yalnız 19 delfinin xilas etmək mümkün olub. Fondun əməkdaşları onlara zəruri yardımı göstərərək yenidən okeana buraxıblar.

Hazırda xilasedicilər və 30-a yaxın könüllü Keyp-Kod çimərliyində onların yenidən özlərini sahilə atacaqları halda heyvanlara lazımi yardım göstərmək üçün növbə çəkirlər.

Bu, Keyp-Kod burnu rayonunda delfinlərin kütləvi ölümü ilə bağlı ilk hadisə deyil. Belə hallar başqa ölkələrdə də baş verir. Belə ki, yanvarın əvvəlində analoji hal Yeni Zelandiyada da qeydə alınmışdı.

Alimlər hələlik delfinləri və başqa dəniz məməmlilərini kütləvi intihara təhrik edən səbəblər barədə suala dəqiq cavab tapa bilmirlər. Lakin versiyalardan birinə görə, delfinlər və balinalar hərbi hidrolokatorların təsiri altında kar olduqlarına görə sahilə atılırlar.

2009-cu ildə aparılan eksperiment göstərib ki, delfin lokatorun təsiri altında 40 dəqiqə müddətində eşitmə qabiliyyətini itirə bilər. Balıqlar isə dünyanı əsasən eşitmənin köməyi ilə qavradıqlarından, onlar səmti normal müəyyən etməkdən məhrum olurlar.

Xəbər lenti

Xəbər lenti