...

SMS-lərin sayının azalması operatorlara baha başa gəlib

Maraqlı Materials 23 Fevral 2012 13:20 (UTC +04:00)
Aparılan araşdırmaya görə, istifadəçilərin SMS-dən istifadəni dayandıraraq sosial şəbəkələrdən faydalanması səbəbindən bütün dünyadakı telefon operatorlarının SMS-lərdən əldə etdikləri gəlirlər üzrə itkiləri 14 milyard dollara çatıb.
SMS-lərin sayının azalması operatorlara baha başa gəlib

Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir X.Murtuzayeva/

Aparılan araşdırmaya görə, istifadəçilərin SMS-dən istifadəni dayandıraraq sosial şəbəkələrdən faydalanması səbəbindən bütün dünyadakı telefon operatorlarının SMS-lərdən əldə etdikləri gəlirlər üzrə itkiləri 14 milyard dollara çatıb.

Smartfonların yayılması ilə əlaqədar istifadəçilər yazışarkən Facebook, Twitter və başqa sosial şəbəkələrdən istifadəyə getdikcə daha çox üstünlük verirlər. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən məlumat yayıb.

Operatorlar isə SMS gəlirlərinin artırılması üçün istifadəçilərə konkret tariflərlə minlərlə SMS göndərmək imkanı verməyə başlayıblar. Buna baxmayaraq, SMS gəlirlərində ciddi azalma davam edir.

"Ovum" araşdırma şirkətinin hesabatına görə, 2010-cu ildə telefon operatorlarının SMS-dən gələn gəlirlərlə bağlı itkiləri 8,7 milyard təşkil etdiyi halda, 2011-ci ildə itkilər 13,9 milyard dollar olub.

"Viber" və "WhatsApp" kimi sosial şəbəkələr üçün tətbiq edilən proqramlardan istifadələr də SMS gəlirlərinin azalmasına təsir edir. Bu tip proqramlar SMS məntiqi ilə işləsələr də, fərq təkcə həmin proqramların internetdən istifadəsindədir. Ancaq internetdən istifadə edən bu proqramlar əslində mətn formatında yazışmalara yol verdiyindən istifadəçilər kvotanı aşmaq kimi problemlə üzləşmirlər.

Xəbər lenti

Xəbər lenti