...

"Titanik"in qalıqlarını görmək üçün ekskursiya təşkil edilir

Maraqlı Materials 25 Fevral 2012 15:30 (UTC +04:00)
Məşhur "Titanik" gəmisinin batmasının 100-ci ildönümü münasibətilə gəminın dənizin dibindəki qalıqlarını görmək istəyənlər üçün ekskursiya təşkil olunur.
"Titanik"in qalıqlarını görmək üçün ekskursiya təşkil edilir

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Salmanov/

Məşhur "Titanik" gəmisinin batmasının 100-ci ildönümü münasibətilə gəminın dənizin dibindəki qalıqlarını görmək istəyənlər üçün ekskursiya təşkil olunur. Bu barədə şənbə günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Ekskursiya iki həftəlik gəmi səfərini və batiskafla dənizin dibinə dalmağı əhatə edir. Ekskursiyaya qatılmaq istəyənlər 60 min dollar xərc çəkməlidir.

Səfəri təşkil edən "Deep Ocean Expeditions" şirkətindən bildiriblər ki, ekskursiyada ən azı 80 nəfər iştirak edə biləcək.

Xəbər lenti

Xəbər lenti