...

Alimlərin yeni kəşfi: Alkoqol beyni daha yaradıcı işləməyə məcbur edir

Maraqlı Materials 13 Aprel 2012 12:47 (UTC +04:00)
ABŞ-ın İllinoys Universitetinin araşdırması göstərir ki, içməyi özünə rəva görən kişilər çətin bilməcələrin öhdəsindən içki içməyənlərə nisbətən daha yaxşı gəlirlər.
Alimlərin yeni kəşfi: Alkoqol beyni daha yaradıcı işləməyə məcbur edir

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın İllinoys Universitetinin araşdırması göstərir ki, içməyi özünə rəva görən kişilər çətin bilməcələrin öhdəsindən içki içməyənlərə nisbətən daha yaxşı gəlirlər. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" yazır. Bu zaman onlar nəinki təkcə düzgün cavablar verirlər, həm də tapşırığı daha sürətlə həll edirlər.

Alkoqol analitik düşünməyə mane olmaqla yaradıcı təfəkkürə sərbəstlik verir. Bu da çox güman ki, lazımi həll variantlarını tapmağa kömək edir. Hesab edilir ki, spirtli içkinin dörd vahidi (iki şərab qədəhinə yaxın) kreativ təfəkkürün aktivləşməsi üçün ideal həcmdir.

Bunu 40 sağlam adam üzərində aparılan təcrübə sübut edir. Könüllülərə "qəpik", "sürətli" və "qaşıq" tipli üç söz verilib. Onlara bütün əvvəl gələnləri birləşdirən dördüncü sözü tapmaq lazım idi. Eyni zamanda təcrübə iştirakçılarının yarısına təcrübədən əvvəl içməyə icazə verilib.

Nəticədə içki içənlər 40 faiz artıq tapşırıq həll ediblər. Onlar suala təxminən 12 saniyə, ayıqlar isə 15,5 saniyə vaxt sərf ediblər.

Xəbər lenti

Xəbər lenti