...

Üç nəfərə eyni böyrək (FOTO)

Maraqlı Materials 27 Aprel 2012 12:37 (UTC +04:00)
ABŞ-da misli görünməmiş orqan köçürülməsi əməliyyatı aparılıb.
Üç nəfərə eyni böyrək (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

ABŞ-da misli görünməmiş orqan köçürülməsi əməliyyatı aparılıb.

Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən məlumat verir ki, tibb tarixində ilk dəfə olaraq nəql edilmiş bir orqan götürülərək yenidən başqa bir xəstəyə köçürülüb. Bu nadir əməliyyat ABŞ-ın Çikaqo ştatındakı Norvestern Memorial Xəstəxanasında aparılıb.

12 il əvvəl çox az təsadüf edilən böyrək xəstəliyinə tutulmuş Rey Firinqin vəziyyəti 2011-ci ilin aprel ayında pisləşəndə bacısı öz böyrəyini böyük qardaşına vermək qərarına gəlir.

Aparılan əməliyyatdan sonra böyrək Rey Firinqin orqanizmi ilə uyğunlaşmadığından həkimlər onu çıxarmalı olurlar. Normal halda belə orqanı atan həkimlər böyrəyə daha bir "şans" verərək onu bir başqa xəstəyə nəql edirlər.

Böyrəyin nəql edildiyi 67 yaşlı beş uşaq atası Ervin Qomesin orqanizmi yeni orqanı qəbul edir və özü də cərrah olan bu adamın vəziyyəti yaxşılaşır. Bununla da, ilk dəfə həyata keçirilən bu metod bundan sonra da oxşar əməliyyatların aparılmasının mümkünlüyünü göstərib.

Xəbər lenti

Xəbər lenti