Azərbaycan, Bakı, 27 may /Trend/
İsraildən olan alimlər yaşı üç min il olduğu güman edilən zərgərlik məmulatı aşkar ediblər. Bu tapıntı indiyədək aşkar edilən ən bahalı qızıl əşya hesab edilir. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər verir.
Təl-Əviv Universitetinin alimləri bu qiymətli əşyanı xristian dinində əhəmiyyətli yeri olan Megiddo şəhərinin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar ediblər. Bəzək əşyası saxsı qabdan tapılıb. Bunun da onun sahibinin həmin əşyanı hamıdan gizli saxladığına bir işarə olduğu bildirilir.