...

Almaniyada sünnət qanundankənar elan olunub

Maraqlı Materials 27 İyun 2012 16:17 (UTC +04:00)
Almaniyanın Köln şəhərinin dairə məhkəməsi İslam və yəhudi ənənələrinə uyğun olaraq, oğlan uşaqlarının sünnət edilməsi ilə bağlı xüsusi qərar verib.
Almaniyada sünnət qanundankənar elan olunub

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir X.Murtuzayeva/

Almaniyanın Köln şəhərinin dairə məhkəməsi İslam və yəhudi ənənələrinə uyğun olaraq, oğlan uşaqlarının sünnət edilməsi ilə bağlı xüsusi qərar verib. Qərarda bildirilir ki, "uşağın bədənin bütövlüyünə olan əsas hüququ valideynlərin uşaqların dini tərbiyəsinə olan fundamental haqlarını üstələyir". Mərasim özündə "bədənə xəsarət yetirilməsi"ni ehtiva edir və onun həyata keçirilməsi cinayət hesab olunur. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Belə bir qərarın çıxarılmasına səbəb dörd yaşlı uşağın müsəlman olan valideynlərinin həkimdən onun sünnət olunmasını xahiş etməsi, iki gündən sonra baş vermiş təkrar qanaxma nəticəsində uşağın xəstəxanaya yerləşdirilməsi olub. Köln prokurorluğu bu barədə məlumat əldə etdikdə həkimi məhkəməyə verib. Lakin məhkəmə sünnətə görə "cərimədən xəbərsiz" olan həkimi həbs etməyib.

Köln məhkəməsinin qərarının uzağa gedən nəticələri ola bilər.

"Bu qərar başqa məhkəmələri bu cür qərar çıxarmağa məcbur etmir, lakin bu (məhkəmənin qərarı), siqnal rolunu oynaya bilər", - Passau Universitetinin hüquq professoru Holm Putske hesab edir.

Bu arada Almaniyada Yəhudilərin Mərkəzi Şurası Bundestaqdan "dini azadlığın ona edilən hücumlardan müdafiə edilməsini" tələb edib. "Yeni doğulmuş körpələrin sünnət olunması yəhudi dininin ayrılmaz hissəsidir və min illərdir ki, icra olunur", - Şuranın sədri Diter Qrauman bildirib.

BBC-nin məlumatında deyildiyi kimi, əgər Köln dairə məhkəməsinin qərarı qanunvericiliyə dəyişikliyin edilməsinə gətirib çıxararsa, AFR hakimiyyətinin uzun illərdən bəri müsəlmanların alman cəmiyyətinə inteqrasiyası üzrə göstərdiyi səylərə mane bilər.

Xatırladaq ki, Almaniyanın eks-prezidenti Kristian Vulf bu yaxınlarda "İslamın Almaniyanın bir hissəsi" olduğunu bəyan etmişdi. Ölkənin hazırkı Prezidenti Yoahim Qauk isə "burada yaşayan müsəlmanların Almaniyanın ayrılmaz hissəsi olduğunu" qeyd edib.

Qeyd edək ki, dünyada kişilərin təxminən 25 faizi, eləcə də ABŞ-da kişilərin əksəriyyəti sünnət olunur. Ümumdünya Səhiyyə Təşkilatı da sünnətin kişilərdə HİV virusunun və başqa xəstəliklərin yaranması riskini azaltdığını göstərir.

Lakin bu mərasimlə bağlı etirazlar başqa ölkələrdə də artmaqdadır. Məsələn, Norveçin müxalifətçi Mərkəz Partiyası ölkədə oğlan uşaqlarının sünnət olunmasının qadağan edilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti