...

Dünyanın ən bahalı şərabı satışa çıxarılıb

Maraqlı Materials 30 İyun 2012 13:26 (UTC +04:00)
Avstriyanın "Penfolds" şərab istehsalı şirkəti dünyanın ən bahalı şərabını satışa çıxarıb. Bu barədə Trend şənbə günü Türkiyə KİV-inə istinadən məlumat verir.
Dünyanın ən bahalı şərabı satışa çıxarılıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Salmanov/

Avstriyanın "Penfolds" şərab istehsalı şirkəti dünyanın ən bahalı şərabını satışa çıxarıb. Bu barədə Trend şənbə günü Türkiyə KİV-inə istinadən məlumat verir.

"2004 Block 42" adı ilə istehsal edilən şərab 168 min dollara satılacaq. Bu şərab dünyanın ən köhnə "Cabernet Sauvignon" şərablarını istehsal edən şərab evində hazırlanıb.

Dünyanın ən bahalı şərabı 12 şüşə kapsulda satılacaq. Kapsulların hər birində standart şərab şüşəsində olduğu qədər şərab var.

Xəbər lenti

Xəbər lenti