...

İtaliyada misli görünməmiş qalmaqal

Maraqlı Materials 23 İyul 2012 14:31 (UTC +04:00)
İtaliyada yarımçıq dünyaya gələn körpənin damarlarına səhvən süd vurulması nəticəsində o, dünyasını dəyişib.
İtaliyada misli görünməmiş qalmaqal

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir X.Murtuzayeva/

İtaliyada yarımçıq dünyaya gələn körpənin damarlarına səhvən süd vurulması nəticəsində o, dünyasını dəyişib. Trend-in məlumatıan görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti yazır.

Hamını heyrətə salan bu hadisə paytaxt Romanın ən tanınmış doğum mərkəzlərindən biri olan "San Giovanni Addolorata" xəstəxanasında baş verib. Filippinli ailənin hələ 30 həftəlik olarkən dünyaya gələn və oğlan uşağı olan körpəsinin xəstəxanada müalicəsinə başlanılıb​​.

ANSA xəbər agentliyindən verilən məlumata görə, körpənin damarına müalicəsi üçün tətbiq olunan məhlul əvəzinə süd yeridilib. Şüşələrin qarışması nəticəsində baş verən bu inanılmaz səhvə görə körpə qısa müddətdən sonra həyatını itirib.

Roma Respublika Prokurorluğu körpənin ölümünə görə məsuliyyət daşıyan həkim və tibb bacıları barəsində cinayət işi açıb. Lakin bu məsələ ilə bağlı xəstəxana hələ heç bir şərh verməyib.

Xəbər lenti

Xəbər lenti