...

ABŞ-da şəhər hərraca çıxarılıb

Maraqlı Materials 2 Avqust 2012 20:15 (UTC +04:00)
ABŞ-ın Yuta ştatında yerləşən Vudsayd şəhəri hərraca çıxarılıb.
ABŞ-da şəhər hərraca çıxarılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M. Salmanov/

ABŞ-ın Yuta ştatında yerləşən Vudsayd şəhəri hərraca çıxarılıb. Bu barədə Trend cümə axşamı "The Daily Mail" qəzetinə istinadən məlumat verir.

Şəhərin 63 yaşlı sahibi Roy Poq yaşayış məntəqəsini 3,9 milyon dollara satmağı planlaşdırır.

Əsası 1880-ci illərdə qoyulan şəhərdə 1900-ci illərin əvvəlində cəmi 300 nəfər yaşayıb. Həmin vaxt şəhərdə qeyzer olub və buxar maşınları üçün dayanacaq yeri kimi istifadə edilib.

Poq Vudsaydı 1990-cı illərdə satın alan zaman qeyzerdən kommersiya məqsədləri üçün istifadə etmək istəyib. Lakin qeyzerin mənbəyi dağıdıldığına görə o, şəhəri satmaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti