...

Cərrahiyyədə inqilab: Sınığı yapışqanla bərpa etmək mümkün olacaq

Maraqlı Materials 15 Yanvar 2013 16:36 (UTC +04:00)
İsveçin Kral Texnoloji İnstitutunun alimləri cərrahiyyə sahəsində inqilab etməyə hazırdırlar.
Cərrahiyyədə inqilab: Sınığı yapışqanla bərpa etmək mümkün olacaq

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir X.Murtuzayeva/

İsveçin Kral Texnoloji İnstitutunun alimləri cərrahiyyə sahəsində inqilab etməyə hazırdırlar.

Trend İTAR-TASS-a istinadən məlumat verir ki, İsveç alimləri 14 il ərzində nadir yapışqanın hazırlanması üzərində çalışıblar. Yapışqan sınan yerə çəkilir və haloid lampanın təsiri altında bərkidilir. Sümüklər bitişdikdə yapışqan orqanizm tərəfindən sorulur. Beləliklə, ən mürəkkəb sınıqlar olan fəqərə və kəllə sümüyünün sınıqlarını metal lövhələr qoyulmadan və yerli narkoz altında müalicə etmək mümkün olacaq.

Yeni metod həm əməliyyatın, həm də sağalmanın müddətini qısaldacaq. Əgər əvvəllər əməliyyat ən azı üç aya yaxın vaxt aparırdısa, yeni icad olunan yapışqan sayəsində pasiyent 3 gündən sonra işə çıxa biləcək.

Yapışqan zəhərliliyə görə yoxlanıldıqdan dərhal sonra heyvanlar üzərində sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, əgər hər şey yaxşı olsa, artıq bu ildən belə əməliyyatların aparılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti