...

Sosial şəbəkələr oyuncaq ayını evə "qaytardı"

Maraqlı Materials 19 Mart 2013 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Tanrıverdiyev/

"Facebook" və "Twitter" hələ ötən ilin yayında qatarda unudulan oyuncaq ayının evə "qayıtması"na yardım edib. Bu barədə Trend Niderland KİV-ə istinadən məlumat verir.

Sosial şəbəkələrdə oyuncağın evə "qayıtması" ilə bağlı kampaniyanı 2012-ci ililn iyulunda Horn şəhərinə gedərkən oyuncağı tapan hollandiyalı fotoqraf Sees de Yonq başladıb.

Oyuncaq ayını evə gətirən Yonq onun şəklini çəkərək "Facebook" sosial şəbəkəsində tapıntı ilə bağlı elan yerləşdirib. Daha sonra oyuncaq ayıya "Twitter"də də mikrobloq açaraq, vaxtaşırı sosial şəbəkələrdə onun yeni şəkillərini paylaşıb.

Nəhayət uzun sürən axtarışlardan sonra oyuncaq ayının sahibi tapılıb. Oyuncağın sahibi Hollandiyanın qərbində yerləşən Harlem şəhərinin üç yaşlı sakini Luçano olub. Onun anası Yonq ilə əlaqə saxlayaraq ayını ondan təhvil alıb. Oyuncağın "Facebook"dakı profilində hazırda belə bir yazı yerləşdirilib: "İndi mən dünyanın ən xoşbəxt ayısıyam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti