...

"Super buğda" yetişdirildi

Maraqlı Materials 12 May 2013 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

İngilis alimləri 30 faiz artıq məhsul verə bilən "super buğda" yetişdiriblər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, mərkəzi Kembricdə yerləşən Beynəlxalq Botanika İnstitutunun alimləri buğdanın "keçmiş atası" ilə "modern cinsini" birləşdirərək, yeni buğda növü əldə ediblər.

Yetişdirilən yeni buğda növünün digərlərindən dəfələrlə böyük olmasını nəzərə alaraq, alimlər onun kütləvi əkininə başlamadan öncə 5 illik təcrübənin keçirilməsinin lazım olduğunu bildiriblər.

Qeyd edək ki, insanların əldə etdiyi kalorinin 1/5 hissəsini buğdadan alır.

Xəbər lenti

Xəbər lenti