...

1 kiloqram arıqla, 1 qram qızıl qazan

Maraqlı Materials 18 İyul 2013 20:30 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyi ölkədə artıq çəkidən əziyyət çəkənlərin sayının artmasının qarşısını almaq üçün şirnikləndirici tədbirə əl atıb.
1 kiloqram arıqla, 1 qram qızıl qazan

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyi ölkədə artıq çəkidən əziyyət çəkənlərin sayının artmasının qarşısını almaq üçün şirnikləndirici tədbirə əl atıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Dubay Əmirliyi bu məqsədlə arıqlamaq istəyənlərə hər 1 kiloqrama görə 1 qram qızıl hədiyyə edəcək.

30 gün davam edəcək kampaniyaya qoşulmaq istəyənlərin əvvəlcə çəkiləri öyrəniləcək. Yarışda Dubayda yaşamaq hüququ olan hər kəs iştirak edə bilər. Yarışın şərtlərinə görə, iştirakçılar artıq çəkidən əziyyət çəkməli və arıqlayarkən ziyanverici üsullardan istifadə etməməlidirlər.

Qızıl hərisləri istəklərinə çatmaq üçün ən azı 2 kiloqram arıqlamalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti