...

Depardye şirləri güllələdi və yedi

Maraqlı Materials 13 Dekabr 2014 14:05 (UTC +04:00)
Fransız aktyor, ötən il Rusiya vətəndaşı olmuş Jerar Depardye Burkina-Fasoya səfəri zamanı iki şiri öldürdüyünü, onların ətinin dadına baxdığını etiraf edib.
Depardye şirləri güllələdi və yedi

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Fransız aktyor, ötən il Rusiya vətəndaşı olmuş Jerar Depardye Burkina-Fasoya səfəri zamanı iki şiri öldürdüyünü, onların ətinin dadına baxdığını etiraf edib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, heyvanları təhlükəsizlik məqsədilə güllələmək lazım gəlib. İçərisində bir neçə nəfərin, o cümlədən J.Depardyenin olduğu avtomobil xarab olub və yırtıcılara görə heç kim maşını tərk edə bilməyib.

Aktyor "İndependent Maqazin"ə müsahibəsində deyib: "İki şir qarşımızda oturmuşdu və onlar yerlərindən tərpənmirdilər. Saatlar keçirdi və biz maşından çıxa bilmirdik. Afrikalı sürücü çox qorxmuşdu".

Jurnalistin "Siz onları yedinizmi" sualına aktyor belə cavab verib: "Bəli. Bizim başqa yolumuz yox idi, biz onları güllələməli idik".

Müsahibəsində aktyor növbəti dəfə özünün şəraba olan sevgisindən danışıb: "Mən adi insan kimi içə bilmirəm. Mən gündə 12, 13, 14 şüşə içə bilərəm, amma heç vaxt çox sərxoş olmuram".

Xatırladaq ki, bu yay J.Depardye Rusiyada ekoloji təmiz araq istehsalına başlamaq niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, o, Rusiyada "Jerar" restoranlar şəbəkəsi yaratmağı da planlaşdırır. Həmin vaxt Dövlət Dumasında Krımda Şərabçılıq və Üzümçülük Dövlət Komitəsinin yaradılmasını, J.Depardyenin isə onun rəhbəri təyin edilməsini təklif etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti