...

3D-şəkillər yaradan fotostudiya

Maraqlı Materials 21 Yanvar 2015 11:34 (UTC +04:00)
Yaponiyada üçölçülü təsvirdə şəkillər yaradan fotostudiya açılıb. Şəkillər daha çox kiçik gips heykəlləri xatırladır. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
3D-şəkillər yaradan fotostudiya

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Yaponiyada üçölçülü təsvirdə şəkillər yaradan fotostudiya açılıb. Şəkillər daha çox kiçik gips heykəlləri xatırladır. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Arzu edən hər kəs studiyada öz portretini və ya ailə xatirə şəklini üçölçülü təsvirdə yarada bilər. Əvvəlcə xüsusi kamera ilə müxtəlif bucaqlardan gələcək kompozisiyanın hər bir iştirakçısınıN şəklini çəkirlər. Sonra məlumatlar kompüterdə emal edilir, üçölçülü printerə ötürülür və onun köməyi ilə gipsdən fiqurlar yaradılır. Bütün sifariş prosesinin icrası təxminən bir-iki ay vaxt aparır.

Studiyanı yaradanların fikrincə, həcmli fotoşəkillər adi şəkillərdən daha yaxşıdır. Studiyanın yaradıcısı Syunske Tanaka deyir: "Üçölçülü şəkillər xatirələrinə yeni forma vermək üçün insanlara kömək etməlidir".

Studiya il yarımdır ki, mövcuddur. Bu müddət ərzində 180 kompozisiya və portret yaradılıb. Ən iri fotoşəklin ölçüsü 23х38х20 santimetr, qiyməti isə 800 dollara yaxındır. Toy şəkillərinin qiyməti xeyli baha - 2000 dollara qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti