...

11 uşaqlı ailə ildə 38 min funt-sterlinq yardım alır

Maraqlı Materials 21 Yanvar 2015 19:57 (UTC +04:00)
İngiltərənin Kent şəhərində 11 uşağı olan Çeril Prudham adlı qadın ildə 38 min funt-sterlinq dövlət yardımı alır.
11 uşaqlı ailə ildə 38 min funt-sterlinq yardım alır

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/

İngiltərənin Kent şəhərində 11 uşağı olan Çeril Prudham adlı qadın ildə 38 min funt-sterlinq dövlət yardımı alır.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, 32 yaşlı qadın hazırda hamilədir və 12-ci uşağına qovuşmaq üzrədir.

Qadının 7 qız və 4 oğlan uşağı var. Çeril və Robert Prudham cütlüyü yardımlara görə lüks həyat tərzi keçirir və tez-tez xarici ölkələrə tətilə gedirlər. Qadın ilk dəfə 17 yaşında ana olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti