...

Təyyarəni "iPad" vasitəsilə endirdilər

Maraqlı Materials 9 Fevral 2015 15:49 (UTC +04:00)
Pilot və onun həyat yoldaşı nasaz təyyarə ilə bir neçə kilometr uçduqdan sonra onu uğurla endirə biliblər.
Təyyarəni "iPad" vasitəsilə endirdilər

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/

Pilot və onun həyat yoldaşı nasaz təyyarə ilə bir neçə kilometr uçduqdan sonra onu uğurla endirə biliblər. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, cütlük bunun üçün yalnız iPad-dəki əlavədən yararlanıb.

Məlumata görə, adı açıqlanmayan ər və arvad Viskonsindən Vayominqə (ABŞ) kiçik birmühərrikli təyyarə ilə yola düşüblər. Havada olarkən təyyarənin bütün elektrik avadanlığı sıradan çıxıb. Vəziyyəti havanın qaranlıq olması da çətinləşdirib. Buna görə də təyyarənin naviqasiyası üçün istifadə edilə biləcək yeganə vasitə "iPad" olub.

Planşetdəki proqramlar uçuşun sürətini və hündürlüyünü müəyyən etməyə kömək edib.

Eniş zamanı sərnişinlərdən heç kəs xəsarət almayıb. Lakin təyyarə ciddi zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti