Azərbaycan, Bakı, 31 mart /Trend/
1566-cı il sentyabrın 6-da Macarıstanda Ziqetvar qalasının mühasirəsi zamanı şəhid olan Osmanlı Sultanı Süleyman Qanuninin daxili orqanlarının basdırıldığı yer müəyyən edilib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Ziqetvar qalasının nümayəndəsi Yanos Lebedi deyib.
Onun sözlərinə görə, həmin yerin tapılması üçün təqribən 2 il arxeoloji qazıntılar aparılıb.
Y.Lebedi qeyd edib ki, Ziqetvar şəhəri yaxınlığında 18 yerdə qazıntı işləri aparılıb: "Artıq işlər yalnız bir yerdə cəmləşib. Həmin ərazi qaladan 7 kilometr uzaqlıqdakı üzüm bağlarıdır".