...

Dünyanın ən yaxşı universitetləri onu istəyir (FOTO)

Maraqlı Materials 7 Aprel 2015 16:15 (UTC +04:00)
Dünyanın ən yaxşı universitetləri 17 yaşlı nigeriya əsilli Harold Ekeh adlı gənc araşdırmaçını tələbələri kimi görmək istəyir.
Dünyanın ən yaxşı universitetləri onu istəyir (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Dünyanın ən yaxşı universitetləri 17 yaşlı nigeriya əsilli Harold Ekeh adlı gənc araşdırmaçını tələbələri kimi görmək istəyir.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, hazırda Nyu Yorkda yaşayan gəncə Kolumbia, Kornell, Dartmut, Harvard, Prinston, Pensilvaniya, Yel və daha beş universitet eyni zamanda tədris imkanı təqdim etməyə hazırdır.

Bununla belə, H.Ekeh seçim etməkdə çətinlik çəkir. Lakin Yel Universitetinə daha çox maraq göstərdiyi deyilir.

O, daha əvvəl ABŞ-da keçirilən Altsaymer xəstəliyi üzrə araşdırma yarışında yarımfinaladək irəliləməyi bacaran ən gənc araşdırmaçı adını qazanıb.

Qeyd edək ki, H.Ekeh səkkiz yaşında ailəsi ilə birlikdə ABŞ-a gəlib. Ekeh ailəsi uşaqlarının daha yaxşı təhsil ala bilməsi üçün köç edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti