...

Görünməmiş təcrübə: Nazir sidiyindən gübrə kimi istifadə edir

Maraqlı Materials 6 May 2015 00:33 (UTC +04:00)
Hindistanın avtomobil nəqliyyatı naziri Nitin Qadkari bitkiləri böyütmək üçün öz sidiyindən gübrə kimi istifadə edir.
Görünməmiş təcrübə: Nazir sidiyindən gübrə kimi istifadə edir

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlhamə İsabalayeva/

Hindistanın avtomobil nəqliyyatı naziri Nitin Qadkari bitkiləri böyütmək üçün öz sidiyindən gübrə kimi istifadə edir.

Trend xarici mətbuata istinadən xəbər verir ki, o, sidiyini kiçik plastik qablara yığır, sonra isə onunla bitkiləri sulayır: "Bir gün mən öz bağbanımı çağırdım və onu bu maye ilə torpağı sulaması barədə təlimatlandırdım".

Nazir bildirib ki, bu gübrə ilə yetişdirilən ağaclar digərlərindən yarım metr fərqlənir.

N.Qadkari ətrafdakıları onu düzgün başa düşməyə çağıraraq bunun yalnız eksperiment olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti