...

Nəvələrinə görə marixuana çəkməyi buraxdı

Maraqlı Materials 1 İyun 2015 03:40 (UTC +04:00)
Məşhur musiqiçi Pol Makkartni bildirib ki, baba olduqdan sonra marixuanadan istifadə etməyi dayandırıb.
Nəvələrinə görə marixuana çəkməyi buraxdı

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Məşhur musiqiçi Pol Makkartni bildirib ki, baba olduqdan sonra marixuanadan istifadə etməyi dayandırıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, o, qadağan edilmiş maddələrdən istifadə etməklə nəvələrinə pis nümunə olmaq istəmədiyini deyib.

P.Makkartni qeyd edib: "Axırıncı dəfə xeyli müddət əvvəl çəkmişəm".

Onun uzun illər boyu marixuanaya qarşı sevgisi olduğu məlum idi. Musiqiçi 1980-ci ildə Yaponiyada xeyli həcmdə narkotik maddə saxladığına görə həbs edilmişdi.

Xəbər lenti

Xəbər lenti