...

Qazaxda qədim qəbirlər aşkarlanıb (FOTO)

Maraqlı Materials 3 Avqust 2015 13:25 (UTC +04:00)
Qazaxda 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb.
Qazaxda qədim qəbirlər aşkarlanıb (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Qazaxda 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Qazaxın Ağköynək kənd qəbiristanlığında 3 metr hündürlüyə malik qədim qəbirlər aşkarlanıb. Ailə məzarlığının 19-cu əsrə aid olduğu bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının aşkarladığı qəbirlər dövrünün tanınmışlarından olan Qiyasbəyovlara məxsusdur. Ağstafa və Qazaxın müxtəlif kəndlərində uzun illərdir axtarışları davam etdirən alimlər nəhayət ki, "Rəncur" təxəllüsü ilə şeirlər yazan Şahnigar Qiyasbəyovanın dəfn olduğu ərazini aşkarlaya biliblər.

1800-cü illərin sonunda hündür ərazidə salınan bu ailə hərəmində daha 5 qadın məzarı da var. Alimlər Ş.Qiyasbəyovanın 49 il ömür sürməsinə baxmayaraq, xeyli əlyazmalarının dövrümüzə qədər gəlib çatdığını bildirirlər.

Qeyd edək ki, Firudin bəy Köçərli və Əzizə Cəfərzadəşairin əl yazmalarını müxtəlif illərdə çap etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti