...

Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur

Maraqlı Materials 15 Dekabr 2015 23:30 (UTC +04:00)
Telefondan istifadə edərkən əyilən boyun bədən tarazlığını pozaraq müxtəlif narahatlığa və psixoloji problemlərə səbəb olur.
Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur

Bakı. Trend:

Telefondan istifadə edərkən əyilən boyun bədən tarazlığını pozaraq müxtəlif narahatlığa və psixoloji problemlərə səbəb olur. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu qənaətə ABŞ-ın "Bodystance" sağlamlıq mərkəzinin qurucusu fizioterapevt Stiv Auqust gəlib.

Onun sözlərinə görə, mobil telefon və tabletdən istifadə edən uşaqlar başını 60 dərəcə əyir: "Bir insanın başı orta hesabla 5,5 kiloqramdır, ağıllı telefondan istifadə edərkən isə 27 kiloqramlıq ağırlıq boyuna təzyiq edir".

Fizioterapevt qeyd edib ki, əvvəllər yalnız yaşlılar boyun narahatlığından şikayət edirdisə, indi uşaqlar da bu problemdən əziyyət çəkirlər: "Qozbel və boynunu əyən uşaqlar böyüdükcə özlərinə inamlarını itirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti