...

Rusiyada pilotsuz avtobusların istifadəsi 2018-ci ildə başlayacaq

Maraqlı Materials 25 Avqust 2016 16:46 (UTC +04:00)
Rusiyada 2018-ci ildə ilk pilotsuz avtobuslar istifadəyə veriləcək.
Rusiyada pilotsuz avtobusların istifadəsi 2018-ci ildə başlayacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyada 2018-ci ildə ilk pilotsuz avtobuslar istifadəyə veriləcək.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, pilotsuz avtobuslar biznes-parkların, sərgi və elmi mərkəzlərinin,  muzey komplekslərinin və hava limanlarının ərazilərində işə salına bilər.

Rusiyanın "Kamaz" şirkətlər qrupu pilotsuz "Şatl" avtobuslarının şəhər nəqliyyat sistemində istifadəsini nəzərdə tutan konsepsiyanı hazırlayıb. Sənədə əsasən, 12 sərnişinli avtobuslarların istifadəsi ənənəvi çoxyerli sərnişin avtobuslarına alternativ olacaq.

Hazırda pilotsuz nəqliyyat vasitələrinin ümümi ictimai yollarda istifadəsi Rusiya qanunvericiliyinə ziddir. Bu səbəbdən muxtar şəkildə çalışan avtobusların qapalı obyektlərin ərazisində istifadəsi nəzərdən keçirilir.

Konsepsiyaya əsasən, pilotsuz avtobuslar bəzi qapalı turizm zonalarında ekskursiyalar üçün istifadə edilə bilər. Avtobuslar həm də çətin və təhlükəli şəraitdə yüklərin nəqlində  əvəzolunmaz vasitə ola bilər. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti