...

"Bomj" dörd gün milyarder kimi yaşadı

Maraqlı Materials 7 May 2017 02:07 (UTC +04:00)
Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb
"Bomj" dörd gün milyarder kimi yaşadı

Bakı. Trend:

Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb.

Trend "Sputnik"ə istinadən xəbər verir ki, 61 yaşlı kişi ödəniş etmədən oteldən çıxmaq istəyib, lakin “Grand Hotel”in personalı müəssisəyə polis çağırıb. Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib.

O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib. Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti