Bakı. Trend:
Peşakar pilotlar komandasının üzvləri BMW M5 avtomobili ilə driftin müddəti üzrə dünya rekordunu yeniləyib.
Trend-in məlumatına görə, avtomobilin sükanı arxasına pilot Yoxan Şvarts olub. O yanacaq doldurmaq üçün dayanmadan səkkiz saat ərzində 374 kilometr məsafəni qət edib.
Bundan əlavə iki avtomobilin iştirakı ilə tarixdə ən uzun müddətli sinxron drift həyata keçirilib.
Bundan əvvəlki rekord 2013 ildə BMW M5 avtomobili ilə vurulub. O zaman driftin məsafəsi 230 kilometr təşkil edib.