...

Plutonda okean tapılıb

Maraqlı Materials 21 May 2019 12:41 (UTC +04:00)

Bakı. Trend:

Plutonun səthinin altında maye okean mövcud ola bilər.

Trend-in məlumatına görə, bir qrup Yaponiya və ABŞ alimi aparılan müşahidələr nəticəsində bu qənaətə gəliblər.

Qeyd olunur ki, səthin altında yer alan okean bu səbəbdən donmaqdan müdafiə olunur.

Plutonda okeanın olub-olmaması ilə bağlı müşahidələr “New Horizons” kosmik aparatının 2015-ci ildə çəkdiyi şəkillər əsasında aparılıb.

Bu cür səthaltı okeanların digər uzaq planetlərdə də ola biləcəyi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti