...

Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

Maraqlı Materials 25 İyun 2023 11:32 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.

Trend Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 %-ni təşkil edir.

Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti