...

"iPhone" və "iPad"lərin əməliyyat sisteminə yeniləmə gəlib

Maraqlı Materials 12 Fevral 2026 10:25 (UTC +04:00)
"iPhone" və "iPad"lərin əməliyyat sisteminə yeniləmə gəlib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Apple" öz mobil cihazları üçün iOS 26.3, iPadOS 26.3 və digər versiyaların yeniləməsini təqdim edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, xətaların və təhlükəsizliklə bağlı boşluqların aradan qaldırılması ilə yanaşı sistemə "iPhone"dan Android əməliyyat sistemi ilə işləyən qurğulara məlumatların köçürülməsi üçün alət əlavə edilib. İstifadəçilər üçüncü tərəf xidmətlərindən istifadə etmədən fotoşəkilləri, mesajları, qeydləri, tətbiqləri, parolları və digər məzmunu ötürə biləcəklər.

Yeniləmədə həmçinin, mobil operator tərəfindən dəqiq geolokasiyanın izlənməsinin məhdudlaşdırılması funksiyası əlavə olunub.

Bu yenilik yalnız i"Phone Air", "iPhone 16e" və "M5" çipli "iPad Pro" modellərində, ABŞ, Almaniya, Tailand və Böyük Britaniyada bəzi operatorlar üçün əlçatandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti