...

Ermənistan yeni nüvə reaktorunun tikintisi üçün Kanada və Rusiya şirkətləri ilə danışıqlar aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan yeni nüvə reaktorunun tikintisi üçün Kanada və Rusiya şirkətləri ilə danışıqlar aparır və 2016-cı ildə gücü 1000 mBV olan reaktorun tikintisi başa çatacaq. Bu barədə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Azərbaycandakı nümayəndəsi Adil Qəribov mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Ermənistanda tikilən yeni nüvə reaktoru 4-5 milyard dollara başa gələcək.

Ermənistanda fəaliyyət göstərən "Metsamor" Atom Elektrik Stansiyasındakı reaktorlar köhnəldiyindən təhlükə mənbəyinə çevrilib. Xüsusilə aktiv seysmik zonada yerləşən AES-in köhnə üsullarla tikilmiş reaktoru ətraf mühit üçün təhlükəlidir.

Qəribov bildirib ki, MAQATE ekspertlərinin "Metsamor" AES-də apardığı monitorinqlərdən sonra oradakı reaktorun 2013-cü ilə qədər yararlığı barədə qərar verilib.

Xəbər lenti

Xəbər lenti