...

XİN mətbuat xidmətinin rəhbəri: "Ermənistan bir kənara çəkilsə Azərbaycan Qarabağın erməni icması ilə danışıqlara gedəcək"(video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və kənara çəkildiyi təqdirdə Azərbaycan Qarabağın erməni icması ilə danışıqlara gedəcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Rusiya və Fransadan olan həmsədrləri Yuri Merzlyakov və Bernar Fasyenin İrəvanda Dağlıq Qarabağın erməni icmasının gələcək danışıqlarda iştirakının vacibliyi ilə bağlı verdiyi bəyanatla bağlı fikir bildirərkən məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişməz qalır, hazırkı mərhələdə erməni icmasının danışıqlarda iştirakı mümkün deyil. XİN mətbuat katibinin veridiyi məlumata görə, Azərbaycan həmsədrlərin Ermənistandan münaqişənin həlli ilə bağlı daha konstruktiv mövqe qəbul edilməsini tələb edəcəyini gözləyir. Münaqişə tərəflərinin, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün MDB dövlət başçılarının oktyabrın 5-də Düşənbədə keçiriləcək sammiti zamanı baş tutması həmsədrlərin Azərbaycana sabahkı görüşünün yekunlarından asılı olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olublar və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti