...

Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə görüş keçirilməsi nəzərdə tutulmur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 12:27 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan arasında Düşənbədə görüş keçirilməsi planlaşdırılmır. Bu barədə PanARMENIAN.Net-in müxbirinə Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan məlumat verib.

"Prezidentlər arasında görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur" - deyə o əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarağbağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri zamanı vasitəçilər bəyan ediblər ki, prezidentlərin görüşü barədə danışmaq hələ tezdir.

İlham Əliyev və Robert Köçəryan oktyabrın 5-də MDB-nin dövlət başçılarının "Somon" sarayında keçiriləcək sammitində iştirak etmək məqsədilə Düşənbəyə yola düşəcək. Ukrayna prezidenti Viktor Yuşenko istisna olmaqla MDB dövlət başçıları sammitdə iştirak edəcəklərini təsdiq ediblər.

Xatırladaq ki, Ukrayna dövlət başçısı parlament seçkiləri ilə əlaqədar sammitdə iştirak etməyəcək.

Oktyabrın 6-da elə orada EvrAzEs dövlətlərarsı şuranın dövlət başçıları səviyyəsində iclası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv təhlükəsizlik şurasının iclası işə başlayacaq.

Oktyabrın 7-də Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü baş tutacaq, görüşün keçirilcəyi yer hələ müəyyənləşdirilir. Güman ki, görüş şəhərətrafı saraylardan birində baş tutacaq. Görüşdə Rusiya, Azərbaycan, Qazaxıstan, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan prezidentləri iştirak edəcək. Qeyri-rəsmi görüşdə dövlət başçıları müxtəlif məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti