Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 31-də saat 21.10-dan 04.20-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən; noyabrın 1-də saat 02.20-dən 02.25-dək və saat 04.30-dan 05.05-dək Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə məlumatı cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub və itki yoxdur.