...

Lord Rassel Constonun Dağlıq Qarabağ münaqişəsi regionuna səfəri təxirə salınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2007 19:04 (UTC +04:00)

Almaniya, Berlin / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurasının Daağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin rəhbəri Lord Rassel Constonun Ermənistan və Azərbaycana noyabrın birinci ongünlüyünə planlaşdırılan səfəri təxirə salınıb. "Mənim regiona səfərim ilin sonuna qədər baş tutmalıdır, lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib" - deyə Lord Rassel Conston bazar ertəsi Berlində Trend ə bildirib.

Alt Komitə rəhbərinin regiona, xüsusilə Azərbaycana səfəri noyabrın 9-na planlaşdırılırdı. Conston oktyabr ayında Trend ə bildirib ki, səfərin tarixi Ermənistan və Azərbaycan prezidentləri ilə razılaşdırılmalıdır.

"Biz səfərin tarixini razılaşdırırıq" - deyə Conston bildirib.

Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi 2005-ci ilin yazında təşkilatın Ermənistan-Azərbaycan probleminə dair Qətnaməsinin icrasına nəzarət edən orqan kimi yaradılıb.

"Mənim komitəm Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi deyil. Biz, ilk növbədə, Azərbaycan və Ermənistandan olan parlamentarilər arasında əlaqələri və dialoqu yaxşılaşdırmağa çalışırıq. Ola bilsin ki, Bakıda və İrəvanda seminarlar keçirdik və biz bununla münasibətləri yaxşılaşdırmağa çalışırıq" - deyə lord Trend ə bildirib.

Xəbər lenti

Xəbər lenti