...

Parlamentin vitse-spikeri: "Dağlıq Qarabağ problemi üzrə danışıqlar prosesində erməni tərəfinin mövqeyi zəifləyir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2007 17:40 (UTC +04:00)

Dağlıq Qarabağ problemi üzrə danışıqlar prosesində erməni tərəfinin mövqeyi zəifləyir. Bu barədə çərşənbə axşamı Ermənistanın "Daşnaksütun" İnqilabi Federasiya Bürosunun üzvü, Ermənistan Parlamentinin vitse-spikeri Vaan Ovennisyan "Daşnaksütun- Ramkavar-Azatakan" partiyalararası konfransında bildirib. "Novosti-Armeniya"nın məlumatında belə deyilir.

"Biz Ermənistan prezidentinin diplomatik arenada səylərini yüksək qiymətləndiririk, lakin danışıqlar prosesində Dağlıq Qarabağ tərəf kimi iştirak etmədiyindən, erməni mövqeləri zəifləməyə başlayıb" - deyə bildirib.

Ermənistan parlamentinin vitse-spikeri fərqli bir fikrin formalaşdırılması probleminə də toxunaraq qeyd edib ki, bununla bağlı Azərbaycanın əsas güzəşti sülhün qorunub saxlanmasıdır.

"Söhbət qarşılıqlı güzəştlərdən gedirsə, belə çıxır ki, Azərbaycanın güzəşt edə biləcəyi heç bir şey yoxdur, o ancaq sülh barədə güzəşt edə bilər. Bu, düzgün formula deyil, sülh münaqişənin həllində güzəşt hesab oluna bilməz" - deyə Ovannisyan qeyd edib.

O, problemin bu məqamına diqqətin daha da artırılmasının və bu münasibətin dəyişməsinin mühüm olduğunu bildirib.

İrəvanda Ermənistanın "Daşnaksütun" İnqilabi Federasiyasının və "Ramkavar-Azatakan" partiyalarının partiyalararası konfransı keçirilir, məqsəd daxili və xarici problemlərin həlli ətrafında erməni milli birliyinin və həmrəyliyinin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti