...

Ermənistan prezidenti bəyan edib ki, Azərbaycanla fikir ayrılıqları az qalıb, lakin nizamlanma perspektivləri anlaşılmaz olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2007 14:02 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan hesab edir ki, "Mərhələli həll Qarabağ probleminin nizamlanması üzrə əldə olunan müqavilənin reallaşdırılması prosesində məqsədəuyğun ola bilər".

"Mediamaks" agentliyinin verdiyi məlumata görə, Finlandiyada səfərdə olan Ermənistan prezidenti bu barədə noyabrın 6-da Aleksanter Helsinski İnstitutunda çıxış edərkən bildirib.

Köçəryan qeyd edib ki, ilkin şərtlər olmamalı və Dağlıq Qarabağın statusunun müzakirəsi ərazilərin və ya qaçqınların qaytarılması ilə əlaqələndirilməməlidir.

"Danışıqlar tam razılaşdırılmış zərf üzrə aparılmalıdır. Bu zərfin komponentlərinin reallaşdırılması bir sıra obyektiv və subyektiv səbəblərdən uzadıla bilər. Lakin ərazilər xüsusi zərfdədir. Dağlıq Qarabağ Ermənistanla quru sahələr vasitəsilə əlaqələrə malik olmalıdır. Dağlıq Qarabağın anklav mövcudluğu mümkün deyil" - deyə Ermənistan prezidenti qeyd edib.

Nizamlanma perspektivlərinə gəldikdə isə Köçəryanın sözlərinə görə, "Fikir ayrılığı o qədər də böyük deyil, onlar bir neçə məsələlərə aiddir".

"Qalan məsələlər əsasən texniki mahiyyət daşıyır, məsəl üçün "Referendum" və ya "Plebisit" terminindən istifadə olunsun? Burada razılığa gəlmək olar. Lakin əgər bunun ardınca hazırda baş verən qızğın silahlanma, hərbi bəyanatlar, daimi hədələr davam edərsə, o zaman mövzunun iki müxtəlif prosesə dair getməsi barədə təsəvvür yaranacaq.

Bu əks istiqamətlərdə olan bir hərəkətdır. Bizim müzakirə etdiyimiz sənəd məntiqi qərarın qəbul edilməsinə yönəlib. Hazırda baş verənlər isə tamamilə başqa prosesə aiddir. Məhz buna görə mənim nikbin olmağıma o qədər də çox səbəb yoxdur" - deyə Ermənistan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti